Sifilis diaqnozu qoyulanların sayı açıqlandı – RƏSMİ

2018-ci ildə ölkə üzrə sifilis diaqnozu ilə ilk dəfə qeydə alınan xəstələrin sayı 981 nəfər olub.

Loading...

QizilPero.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, sifilis xəstəliyi aşkarlananların 682 nəfəri kişi, 299 nəfəri isə qadınlardır.

0-13 yaş qrupu üzrə 20 nəfər bu xəstəliyə tutulub. Onlardan 15 nəfəri kişilər, beşi isə qadınlardır.

14-17 yaş qrupları üzrə isə iki qadında bu xəstəlik qeydə alınıb. Bu yaş qrupu üzrə kişilərdə xəstəlik olmayıb.

18-29 yaş qrupu üzrə 255 nəfərdə xəstəlik aşkarlanıb. Onlardan 187 nəfəri kişi, 68 nəfəri isə qadınlardır.

30 və yuxarı yaş qrupları üzrə qeydə alınan 704 nəfərdən 480-i kişilər, 224-ü qadınlardır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir