Türkiyə qarant-dövlət statusunu itirə bilər – Suriya XİN

Türkiyə Suriyanın şimal-şərqində hərbi əməliyyata başlasa, “Astana” prosesindəki qarant-dövlət statusunu itirəcək.

Loading...

“RİA-Novosti” xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Suriya XİN-in açıqlamasında bildirilib: “Ərdoğan hakimiyyəti hərbi əməliyyatlara başlayacağı təqdirdə “Astana” prosesindəki qarant-dövlət statusunu tamamilə itirəcək, eyni zamanda bütün siyasi prosesə sarsıdıcı zərbə vuracaq”.

Qeyd edək ki, Suriya böhranı ilə bağlı növbəti “Astana” məsləhətləşmələri oktyabr ayında Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək. Bundan əvvəlki görüş ötən ay Ankarada baş tutub.

“Astana” formatının qarant ölkələri Rusiya, İran və Türkiyədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir