“Sədərək” ticarət mərkəzi sökülür? – Açıqlama

Bakının Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzinin sökülməsi ilə bağlı məlumatlar yalandır.

Loading...

Bunu Azvision.az -a açıqlamasında ticarət mərkəzinin mətbuat katibi Kəmaləddin Qədimov deyib.

“Sədərək” ticarət mərkəzi bir mağaza deyil ki, bağlansın. Burada on minlərlə mağaza, minlərlə iş yeri var, Şimali Qafqazın ən böyük ticarət mərkəzidir. Burada təzəlikcə möhtəşəm məscid tikilib. Sökülən yerdə məscid tikilər? Deyilənlər tamamilə yalandır”.

Qeyd edək ki, bu gün bəzi KİV-lərdə “Sədərək” ticarət mərkəzinin sökülməsi barədə xəbərlər yayılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir