Bakı-Quba yolunda sürücülər dava edib, xəsarət alanlar var

Bakı-Quba yolunda avtomobillərlə qəza vəziyyəti yaradan sürücülər dava edib.

Loading...

“Report”un xəbərinə görə, hadisə Bakı-Quba yolunun 23-cü kilometrliyində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini Təbriz Fərzəliyevlə 1995-ci il təvəllüdlü Orxan Məmmədquliyev idarə etdikləri avtomobillərlə bir-birinə qəza şəraiti yaradıblar.

Daha sonra hər iki sürücü avtomobillərindən düşərək dava edib, bir-birinə xəsarət yetirib.

Hadisə yerinə polis əməkdaşları gəlib, T.Fərzəliyevlə O.Məmmədquliyev saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir