Gəncədə 2 yaşlı uşaq kimyəvi maddə içib zəhərləndi

Gəncə şəhərində azyaşlı oğlan kimyəvi maddə içib.

Loading...

Trend-in məlumatına görə, 2017-ci il təvəllüdlü Yusif Verdiyev yaşadığı evdə yerdə olan “ACE” adlı yuyucu mayeni içib. Nəticədə uşaq zəhərlənib.

Azyaşlı təcili olaraq Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyəti ağır-stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma başlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir