Layihə çərçivəsində maarifləndirici tədbir keçirildi

Zərdab şəhərində “Hədəfim” Tədris Mərkəzində layihə çərçivəsində maarifləndirici tədbir keçirildi. Xatırladaq ki, “Gəncliyə Dəstək” ictimai birliyi Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Region gənclərindən könüllülük hərəkatına ilk addım” adlı layihəsinin icrasını davam etdirir.

Loading...

Tədbiri “Hədəfim” Tədris Mərkəzinin müəllimi Aqil Məmmədov açaraq, ölkədə vüsət alan könüllülük hərəkatından, layihənin əhəmiyyətindən danışdı və sözü təşkilatın sədr müavini Eldar Xəlilova verdi.

Eldar Xəlilov da layihə barədə və onun əhəmiyyəti barədə geniş danışdı. Tədbirdə vurğulandı ki, ölkədə vüsət alan könüllülük hərəkatına region gəncləri bu layihə sayəsində böyük töhfə verəcəklər.

Təşkilatın üzvü Şükürzadə Şəhriyar çıxışında könüllülük fəaliyyətinin vacibliyini gənclərə çatdırdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir