Bakıda 17 yaşlı tələbəni avtomobil vurub

Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı yeniyetmə xəsarət alıb.

Loading...

QizilPero.az Oxu.Az-a istinadən xəbər verir ki, minik avtomobili Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında yolu keçmək istəyən 17 yaşlı Rəsulov İbrahim Anar oğlunu vurub.

Yaralı xəstəxanaya çatdırılıb. Ona sağ budun və belin əzilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir