Penaltini vura bilməyən futbolçuya sərt cəza

Belçikanın “Brügge” klubunda qalmaqal baş verib.

Loading...

QizilPero.az sportal.az-a istinadən xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda PSJ-yə səfərdə 0:1 hesabı ilə uduzan klubda vəziyyət gərginləşib. Parisdəki “Parc des Princes”də keçirilən görüşün 76-cı dəqiqəsində qonaqlar 11 metrlik cərimə zərbəsi vurmaq hüququ qazanıb. Komandanın penalti vuruşlarını Hans Vanaken yerinə yetirsə də, ona Mbaye Dian mane olub. Seneqallı forvard topu ondan alıb və zərbəni vurmaq istədiyini bildirib. Mbaye istəyinə nail olsa da, zərbəsini PSJ-nin qapıçısı Keylor Navas zərərsizləşdirib.

Qarşılaşmadan sonra komandanın paltardəyişmə otağında Vanaken əsəbləşib və Diana su qabı atıb. Kapitan rəhbərlikdən forvardın göndərilməsini tələb edib. Mbaye “Instagram” hesabında azarkeşlərdən üzr istəyib.

Oyundan sonra “Brügge”nin çalışdırıcısı Filippe Kleman Mbaye Dianın cəzalandırılacağını deyib: “Mbaye axmaq səhv elədi və nəticəyə böyük təsiri oldu. Təbii ki əsəbləşdim. İlk qərarım onu növbəti liqa matçında heyətə almamaq oldu. Növbəti həftələrdə isə onun davranışlarına uyğun qərarlar qəbul edəcəyik. Klubdakı gələcəyi davranışlarından asılıdır”.

“Brügge” ötən mövsüm Türkiyə Super Liqasında 30 qol vuran hücumçunu “Qalatasaray”dan icarəyə götürüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir