Bu cinayətə tək Əli İnsanov deyil, Milli Şura və AXCP də cavab verəcək

Azərbaycan “müxalifətini” başına cəm edib dövlət devirmək, hökümət yıxıb, hökümət qurmaq, demokratiya standartı tətbiq etmək həvəsindədir. Yaşın məsələyə dəxli olmasa da, amma insan kiminlə yan-yana durduğunu gərək anlasın.

Loading...

Məsələn, İnsanov gərək öncə hesabat verə ki, 11 adda daşınmaz əmlakı bir nazir maaşı ilə necə əldə eləmişdi? “Faşistlərə” sarı gələn İnsanovun evində 523 adda qızıl-zinət əşyaları aşkarlanmışdı onları istintaq qrupu haradan əldə eləmişdi?

O dövrdə mülki iddianın təmin edilməsi üçün 23 milyon 372 min 37 manat 71 qəpik dəyərində daşınmaz əmlaklar üzərinə məhkəmə qərarları əsasında həbs qoyulub. O bu vəsaiti və əmlakı hansı demokratik yolla qazanmışdı?

Bəlkə onlarla dövlət əmlakı olan obyekti necə sökdürməsi, sonar övladlarının adına necə özəlləşdirməsi barədə məlumatları açıqlaya. Mosal üçün, AXCP və ya Milli Şuranın toplantısında və ya icazəsiz keçirilməsini planlaşdırdıqları aksiyalardan birində.
Lüksemburq Hersoqluğunun “Bank de Lüxenvurq” kommersiya bankında Əli İnsanovun 1 milyon 280 min 645 dollar 57 senti, oğlu Vidadi İnsanovun 255 min 65 avro məbləğində pul vəsaiti saxlanılır. Bu hələ bircə hesabdan bəlli olan məbləğdir. Azərbaycanın müraciəti əsasında dondurulub. Bu vəsaitlər onun neçə aylıq maaşıdır əcəba? Bəlkə buna aydınlıq gətirə ki, necə gedib çıxıb vəsaitlər Lüksemburqa?

İndi müxalifət bu adamı gətirib Azərbaycanda yeni cəmiyyət, yeni dövlət qurmaq üçün baş siyasətçi, lider eləmək istəyir. İnsanları maarifləndirməkdən yanayıq, bu adamları millətin tanıması lazımdır. Müxalifətin Əli İnsanov kimi biriylə yaxınlaşması, işbirliyinə girməsi təkcə dövlətə deyil, siyasi hakimiyyətə deyil, həm də sıravi vətəndaşlara xəyanətdir. Bu birliyin törədəcəyi cinayətlərə isə təkcə Əli İnsanov yox, həm də Milli Şura və AXCP cavab verəcək gələcəkdə. Həm tarix, həm dövlət, həm də millət qarşısında.

Son olaraq bir şeyi də qeyd etmək istərdim. Nə üçün bu kimi radikal hərəkətlər, icazəsiz aksiyalar Dövlət başçısının islahatlar apardığı ərəfələrdə baş verir? Deməli bu insan(ov)lar bir mənalı şıkildə islahat prosesinə mane olmağa çalışırlar.

Bu da cavabları. Prezident İlham Əliyev: İslahatların alternativi yoxdur!

Arzuman Abdulkərimov
Ana Vətən Partiyasının sədr müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir