Dövlətdən gəncləşmək tələb edənlər

Dövlətdən, hökümətdən gənc kadrlar, gəncləşmək tələb edə-edə qocaldılar. Hətta o həddə qədər qocadılar ki, özləri yenilənə, gəncləşə bilmirlər. İllərdir mövcud olmalarına baxmayaraq özlərindən başqa lider olacaq bircə kadr belə yetişməyib. Əslində və gərəkəni o idi ki, yetişsin. Olmadı, məcbur qalıb bir qocaya üz tutdular. Sabiq YAP-çı, deputat, nazir, məhbus və dövlətçiliyə, siyasi liderə düşmən mövqedə olduğunu gizlətməyən Əli İnsanovla dəyirmi masa arxasına keçdilər. Əli İnsanovla hansı demokratik cəmiyyət quruculuğu, ölkə gələcəyi ola bilər? Bu suala cavab verməyin özü də bunu düşünmək qədər absurddur. Bu aqressiv qafalılar anlamır ki, dünya çoxdan “düşmənimin düşməni mənim dostumdur” prinsipindən imtina edib. Hətta siyasi iddiaları da radikal yox, normal düşüncələr üzərindən bəyan edirlər. Dəyişiklikləri də eyni templə tələb və ya təklif edirlər. Aqressiya artıq keçmir. Ya da adekvat reaksiya doğurur. Necə ki, doğurdu. Noyabrın 2-də elan etdikləri aksiyaya qarşılıq olaraq, bir qrup gənc “biz də o aksiyaya yol verməyəcəyik” bəyanatı səsləndirdi sosial şəbəkələr üzərindən. Qorxdular və gerilədilər.

Loading...

Bəs əslində nə olmalı, nə baş verməlidir ki, bu günki müxalifətin dövlətçilik, millət maraqlarından iş gördüyünə insanlar inana bilsin. Qəbul etməsə də hörmət eləsin, söyməsin, təhqir eləməsin, ələ salmasın onları. Lazım olan bu ki, müxalifət gəncləşməlidir. Bizim mentalitetdə partiyalar lider üzərində qurulur. Yəni bir gün həmin lider olmasa, o partiya da olmur. AXCP-də bu gün vəziyyət belədir. Bir nəfər də lider olacaq sima, təfəkkür sahibi yoxdur Əli Kərimlinin çevrəsində. Hamısı şəxsiyyəti travmalı, milli dəyərləri yox həddində, söyüşdən başqa diskusiya variantı bilməyən, siyasi dili olmayan, kriminal jarqonla danışan bir qrup gəncdən başqa kimsələri yoxdur. O üzdən gülməli bir havadar gətiriblər özlərinə, Əli İnsanov simasında. Müxalifətin birləşdiyini, birgə addımlar atılacağını deyirlər. Absurddur! Məlum dəyirmi masalarında birləşən tərəflər arasına nifaqı məhz bu iki Əli salacaq. Çünki illər uzun xislətləri bundan başqa nəsə ifadə etməyib. Beləliklə məqsədlərini məramlarını da ortaya qoymuş olacaqlar.

Arzuman Abdulkərimov
Ana Vətən Partiyasının sədr müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir