Elmira Süleymanova istefa ərizəsi yazıb?

Ombudsman Elmira Süleymanovanın istefa ərizəsi yazması ilə bağlı məsələyə aydınlıq gətirilib.

Loading...

Ombudsman Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Nəcəf Tağıyev Azvision.az -a açıqlamasında bildirib ki, E.Süleymanova vəzifədən getməsi barədə ərizə yazmayıb.

“Belə bir hal baş verməyib. İnternet səhifələrdə yazılan hər məlumata inanmaq lazım deyil. Yalnız rəsmi məlumata inanın”.

Qeyd edək ki, bəzi KİV-lərdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili, 82 yaşlı Elmira Süleymanovanın istefa ərizəsi yazması barədə məlumat yayılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir