Azərbaycanın magistral neft kəmərləri ilə 32,4 milyon ton neft nəql edilib

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 32 424,7 min ton neft nəql edilib.

Loading...

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral neft kəmərləri ilə nəqletmənin həcmi ötən ilin müvafiq dövründən 6,4% azdır.

Nəqletmənin 80,5%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.

Belə ki, cari ilin yanvar-oktyabr ayları ərzində bu kəmər vasitəsilə 26 106,7 min ton neft ötürülüb. Bu isə ötən ilin müvafiq dövründən 7,6% azdır.

Dövr ərzində BTC kəməri ilə 3 793,2 min (30,6% az) ton tranzit nefti də nəql edilib.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. Hazırda BTC kəməri, əsasən, Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur.

Azərbaycan nefti illik ötürücülük qabiliyyəti 7 milyon ton olan Bakı-Supsa kəməri, həmçinin Bakı-Novorossiysk kəməri ilə də nəql edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir