İranlı deputat qripdən öldü

İranın Gilan əyalətində fevralın 21-də baş tutan XI çağırış parlament seçkilərində deputat seçilən Məhəmməd Əli Ramazani Dəstək vəfat edib.
 
Yeni seçilən iranlı deputatın qripdən öldüyü göstərilib.
 
Qeyd edək ki, İranda yayılan yeni koronavirus nəticəsində indiyədək 34 nəfər dünyasını dəyişib, 388 nəfər bu virusa yoluxub.
 
Xatırladaq ki, İran parlamenti koronavirus epidemiyası ilə əlaqədar parlament iclaslarını əlavə məlumat verilənədək tətil edib.
 
Parlament deputatlarının hamısı koronavirusa görə müayinə olunub. 290 parlament üzvünün 30-nun müayinəsinin nəticəsi açıqlanıb. Onların dördündə koronavirus aşkarlanıb, qalan üzvlərin də ardıcıl olaraq müayinəsinin nəticəsi açıqlanacaq.

Loading...

APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir