Bakıda səfirin otağından külli miqdarda pul oğurlandı

Bakıda səfirliklərin birindən oğurluq edilib.

Loading...

Yasamal rayonunda yerləşən Əfqanıstanın Azərbaycandakı səfirliyinin inzibati binasında baş verib.

Səfiri Xeyrullah Spelanay Yasamal Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, naməlum şəxs və ya şəxslər onun xidməti otağından 35.255 dollar (59933 manat) oğurlayıblar.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi başlanıb.

Oxu.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir