Daha bir lider koronavirusa meydan oxudu

Böyük Britaniyanın Baş naziri Boris Conson koronavirusun onun üçün insanların əlini sıxmağa əngəl olmadığını bildirib.

Loading...

Bu barədə “Haber Global” məlumat yayıb.

Conson ölkəsində koronavirusa qarşı görülən tədbirlərlə bağlı açıqlamasında virusun salamlaşarkən əl sıxmağa mane olmadığını qeyd edib.

O, həmçinin koronavirusa yoluxanların müalicə olunduğu xəstəxanaya ziyarəti zamanı hər kəslə əl sıxışdığını bildirib. İnsanların öz qərarlarını verməkdə azad olduğunu söyləyən Conson elmi məsləhətlərə də diqqət yetirdiyini ifadə edib.

Xatırladaq ki, ötən gün Şimali Koreya lideri Kim Çen In ətrafındakı bütün şəxslərin tibbi maska taxmasına baxmayaraq, özü maskadan istifadə etməyib. Onun bu hərəkəti dünya mətbuatında “koronavirusa meydan oxumaq” kimi təqdim olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir