Türkiyə millisində şok itki

Türkiyə millisi “AVRO-2020” ərəfəsində daha bir futbolçu itkisi ilə üzləşib.

Loading...

Fanat.Az xəbər verir ki, İngiltərənin “Kristal Pelas” klubunda çıxış edən Cenk Tosun məşq vaxtı dizindən zədələnib. Onun 6-7 ay meydana çıxa bilməyəcəyi iddia olunur. Bu isə hücumçunun “AVRO-2020″ni buraxması deməkdi. Futbolçunun son durumu MRT müayinəsindən sonra dəqiqləşəcək.

Daha əvvəl Yusuf Yazıcı və Merih Demiralın da uzunmüddətli zədə problemi ilə üzləşdiyi açıqlanıb. Onların da “AVRO-2020″ni buraxacaqları bildirilir. Əvəzində Abdulkadir Ömür artıq yaşıl meydanlara qayıdıb, Dorukhan Toköz isə kollektiv məşqlərə hələ başlamayıb.

Qeyd edək ki, Avropa çempionatı 12 iyun – 12 iyulda olacaq. “AVRO-2020″nin təqviminə əsasən, açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda üz-üzə gələcəklər. İyunun 17-də Türkiyə – Uels, iyunun 21-də isə İsveçrə – Türkiyə matçları Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

Fanat.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir