Ərdoğan Rusiyaya yola düşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “TC-TUR” markalı xüsusi təyyarə ilə Rusiyaya yola düşüb.

Loading...

“Anadolu” xəbər agentliyinin məlumatına görə, təyyarə 10:35-də Türkiyədən havaya qalxıb.

“Esenboğa” Hava Limanından dövlət başçısını prezidentin köməkçisi Fuat Oktay, Ankara valisi Vasip Şahin, Ankara Polis rəisi Sərvət Yılmaz və başqa rəsmi şəxslər yola salıblar.

Rusiyaya səfərdə Türkiyə prezidenti ilə birgə Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Milli Müdafiə naziri Hulusi Akar, Xəzinə və Maliyə naziri Berat Albayrak, Milli Kəşfiyyat Təşkilatının başçısı Hakan Fidan, Rabitə naziri Fəxrəddin Altun, Prezident Adminstrasiyasının sözcüsü İbrahim Kalın, Ədalət və İnkişaf Partiyasının katibi Ömər Çelik və Baş nazir köməkçisi Mahir Ünal müşayiət edəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir