Ronaldinyo saxta pasportla tutuldu – Foto

Braziliya milli futbol komandasının və “Barselona” klubunun keçmiş yarımmüdafiəçisi Ronaldinyo saxta pasportla tutulub.

Loading...

Ronaldinyo Paraqvaya daxil olmaq üçün saxta pasportdan istifadə etməkdə şübhəli bilinir.

Martın 4-də axşam saatlarında idmançının qaldığı otel otağında axtarış aparılıb. Polis Ronaldinyo və onun böyük qardaşı Robertonun adına saxta pasport aşkar edib.

Onların hər ikisi hüquq-mühafizə orqanları əməkdaşlarının nəzarətindədir və bu gün prokurorluqda ifadə verəcəklər.

Qeyd edək ki, Ronaldinyo vergidən yayındığına görə xarici pasportdan məhrum edilib.

Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir