Bakıda əməliyyat keçirildi, saxlanılanlar var

Bakıda polis əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Loading...

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 40-cı Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini, 1988-ci il təvəllüdlü V.Xəzərəliyevdən 19,522 qram heroin, Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü A.Əsgərovdan 1,32 qram metamfetamin, 0,108 qram metadon, Qaradağ RPİ-nin Cinayət Axtarış Bölməsi, Narkotiklə Mübarizə Bölməsi və 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Ş.Hacıəliyevdən 1,366 qram heroin aşkar olunaraq götürülüb.

Bundan başqa, Sabunçu RPİ-nin Narkotiklə Mübarizə Bölməsi və 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini, 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Ş.Ələsgərovdan 1,285 qram heroin, Sabunçu RPİ-nin 42-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş Ə.Hacıyevdən 0,179 qram heroin, Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Ə.Qəhrəmanovdan 0,355 qram heroin aşkar olunaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir